logo

Son bir ayda Laçında ermənilərin basdırdığı 1300-dən çox mina aşkarlanıb

15:20 31-08-2022 | icon 1218
Son bir ayda Laçında ermənilərin basdırdığı 1300-dən çox mina aşkarlanıb

Laçında kütləvi şəkildə beynəlxalq humanitar hüquqazidd PMN-Э növlü minalar aşkarlanır.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin birgə yaydıqları məlumatda bildirilib.

Qeyd edilib ki, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən cari ilin avqustun 15-dən 31-dək 1318 ədəd PMN-Э növlü minalar aşkarlanıb.

Aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.

Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.

Həmçinin Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu açıq şəkildə nümayiş etdirməklə beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirir.

Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası bu ölkə tərəfindən həyata keçirilən mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir və Ermənistanın düşmənçilik niyyətinin əyani göstəricisidir.