logo

Ermənilər Laçını tərk edərkən 6 yanğın hadisəsi törədiblər

14:44 31-08-2022 | icon 1372
Ermənilər Laçını tərk edərkən 6 yanğın hadisəsi törədiblər

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün Fövqəladə Hallar Nazirliyinin(FHN) müvafiq qüvvələri həmin ərazilərə cəlb olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, erməni vandalları bu dəfə də qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk etdilər. Belə ki, Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək genişlənməsinə imkan verilməyib.