logo

Paytaxtın Tbilisi prospekti bir günlüyə bağlanır

14:14 31-08-2022 | icon 1764
Paytaxtın Tbilisi prospekti bir günlüyə bağlanır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Tbilisi prospektində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, avqustun 31-i saat 00:00-dan sentyabrın 1-i saat 22:00–dək Bakı şəhərinin Tbilisi prospektinin Abbasqulu ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.