logo

Sentyabrın 5-dən yağıntılı  hava şəraiti gözlənilir

10:50 31-08-2022 | icon 1176
Sentyabrın 5-dən yağıntılı  hava şəraiti gözlənilir

Bu gün avqust ayının son günüdür. Buna baxmayaraq o, sentyabr ayından da bir-neçə gün mənimsəmək niyyətindədir. Lakin, yayın istisindən yorulanlar üçün xoş xəbər var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.

Bu proses sentyabrın 5-8-də gözlənilir. Həmişə olduğu kimi, xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcəyədək enəcək. Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə həm insanların, həm də təbiətin həsrətində olduğu yağışlar gözlənilir.