logo

Türkiyə və Azərbaycan yeni geosiyasi tarazlıq yaradıb-Çavuşoğlu

17:47 02-08-2022 | icon 630
Türkiyə və Azərbaycan yeni geosiyasi tarazlıq yaradıb-Çavuşoğlu

“Türkiyə və Azərbaycan yeni geosiyasi tarazlıq yaradıb”.

YeniAvropa xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənddə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransında deyib.

“Bu gün Azərbaycanla yeni geosiyasi tarazlıq yaratdıq. Biz Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik. Bütün normallaşma prosesinə dəstək veririk”, - deyə o, bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bu, adi dostluq əlaqələrinin hüdudlarından kənara çıxır: “Belə ki, Şuşa Bəyannaməsi sayəsində ölkələr arasında əlaqələr genişlənib və yeni səviyyəyə yüksəlib”.