logo

İran prezidenti gələn ay ABŞ-a gedəcək

16:56 02-08-2022 | icon 1337
İran prezidenti gələn ay ABŞ-a gedəcək

İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Bahadari Cəhromi məlumat verib.

O, bu məsələnin prezidentin gələn aydakı səfər proqramına artıq daxil edildiyini bildirib.

Xatırladaq ki, Baş Assambleyanın yüksək səviyyəli həftəsi bu il sentyabrın 20-dən 26-dək keçiriləcək.