logo

Paytaxtın daha bir küçəsi 2 gün bağlı olacaq

18:38 30-08-2022 | icon 1155
Paytaxtın daha bir küçəsi 2 gün bağlı olacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,avqustun 31-də saat 09:00-dan sentyabrın 2-si saat 20:00–dək Bakı şəhərinin Qaradağ rayonunun Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində (Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun girişindən çıxışınadək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.