Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyanın iclası keçirilib
Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, iclasda Azərbaycanın iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov ortaq tarixi, mədəni köklərə, dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan tərəfdaşlığının gücləndiyini və regional inkişafda rolunu vurğulayıb. Nazir ticarət və investisiya əməkdaşlığının əsas istiqamətlərdən olduğunu, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ticarət dövriyyəsində artım dinamikasının müşahidə edildiyini diqqətə çatdırıb.
Tədbirdə ölkəmizin investisiya cəlbediciliyi barədə məlumat verilib, Özbəkistanla sənaye, investisiya, ticarət, energetika, nəqliyyat-tranzit, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq imkanlarının böyük olduğu qeyd edilib. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin şaxələndirilməsi barədə fikirlərini bölüşən iqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində əməkdaşlıq üçün geniş potensialı qeyd edib, Özbəkistan şirkətlərini bu ərazilərdə fəaliyyətə dəvət edib. Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan iqtisadiyyat naziri Özbəkistanla nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Özbəkistan Respublikası baş nazirinin müavini, investisiya və xarici ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Cəmşid Xocayev ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələri qeyd edib, tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafı, işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.
Tədbirdə tərəflər iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.
İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Müvəkkil, İqtisadi Zonalarının İnkişafı Agentliyi ilə “Uzbekipaksanoat” Assosiasiyası, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uztekstilprom” Assosiasiyası arasında memorandumlar imzalanıb.
Polis əməkdaşlarına zor tətbiq edən şəxslər həbs edilib
Paytaxtda binanın zirzəmisində fəhləni "tok" vurub öldürdü
Azərbaycan nefti 98,19 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ukraynada hərbi vəziyyət noyabrın 21-dək uzadılır
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər