logo

Zaqatalada meşə yanğınları başlayıb

17:27 30-08-2022 | icon 1232
Zaqatalada meşə yanğınları başlayıb

Zaqatala rayonunun Yuxarı Tala kəndində yüksək dağlıq ərazidə yanğın başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Zaqatala rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin(FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikaları, eləcə də aidiyyəti dövlət qurumlarının əməkdaşları, yerli sakinlər cəlb olunublar.

Baş vermiş yanğının söndürülməsinə FHN-nin 2 helikopteri də cəlb edilib.