logo

Hərbçilərimiz Gürcüstandakı “Noble Partner 2022” çoxmillətli hərbi təlimlərdə iştirak edirlər

16:12 30-08-2022 | icon 1589
Hərbçilərimiz Gürcüstandakı “Noble Partner 2022” çoxmillətli hərbi təlimlərdə iştirak edirlər

Gürcüstanda ABŞ-ın da iştirak etdiyi “Noble Partner 2022” çoxmillətli birgə hərbi təlimlər keçirilir.

Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında keçirilən açılış mərasimində Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri ilə yanaşı, diplomatik korpusun əməkdaşları da iştirak ediblər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlıq və uyğunluğu artırmaqdır.

Hərbi təlimdə Gürcüstan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya və Polşanın 2400-dən çox hərbçisi iştirak edir.