logo

İlham Əliyev Aleksandr Lukaşenkonun ad günün təbrik etdi

14:34 30-08-2022 | icon 1330
İlham Əliyev Aleksandr Lukaşenkonun ad günün təbrik etdi

Prezident İlham Əliyev avqustun 30-da Belarusun prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Belarus prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.