Avqustun 2-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası, Türkiyə Respublikası və Özbəkistan Respublikası xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Daşkənd şəhərinə yola düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat yayıb.