Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb edilib.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, ilkin məlumata əsasən, pilləkən qəfəsində elektrik lövhəsi yanıb.
Baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.