logo

Əli Əsədov İranın birinci vitse-prezidentinə başsağlığı verib

20:55 01-08-2022 | icon 588
Əli Əsədov İranın birinci vitse-prezidentinə başsağlığı verib

Azərbaycanın baş naziri Əli Əsədov İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, baş nazir Ə.Əsədov İranda baş vermiş təbii fəlakət nəticəsində böyük insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirib, faciə ilə əlaqədar M.Moxberə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.