logo

Lənkəranda 21 nəfər saxlanılıb: 7 kq-an çox narkotika və silah-sursat aşkarlanıb

11:33 30-08-2022 | icon 1085
Lənkəranda 21 nəfər saxlanılıb: 7 kq-an çox narkotika və silah-sursat aşkarlanıb

Lənkəran şəhər rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlham Abasov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 2 kiloqram 335 qram heroin və 520 qram tiryək aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq İlham Abbasovun Liman şəhəri ərazisində zibillikdə gizlətdiyi bağlamadan 4 kiloqram 400 qram marixuana, 1 ədəd “TOZ 8” markalı silah və həmin silaha aid 24 ədəd patron aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun həmin narkotik vasitəni Liman şəhər sakini Vüqar Hüseynovdan satış məqsədilə əldə etdiyi müəyyən olunub və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 44 qram heroin və 67 qram tiryək aşkarlanaraq götürülüb.

Lənkəran Polisinin son 10 gün ərzində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayət əməllərini törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.