logo

Nəsibə Abdullayeva Azərbaycanın xalq artisti oldu

11:11 30-08-2022 | icon 11620
Nəsibə Abdullayeva Azərbaycanın xalq artisti oldu

Prezident İlham Əliyev avqustun 30-da Özbəkistanda yaşayan soydaşımız Nəsibə Abdullayeva Azərbaycanın xalq artisti fəxri adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilsin".

Qeyd edək ki, Nəsibə Məlik qızı Yarməhəmmədova 1961-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub. 1990-cı ildə Gəncədən olan azərbaycanlı gitara ifaçısı Eldar Abdullayevlə ailə qurub. Bu nigahından iki oğlu vardır.

1993-cü ildə Özbəkistan Respublikasının xalq artisti fəxri adı ilə təltif edilib.