logo

Daşkənddə Özbəkistan-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilib

17:57 01-08-2022 | icon 868
Daşkənddə Özbəkistan-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

“Özbəkistan Respublikası baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşdə dost Özbəkistanla iqtisadi əlaqələrin inkişafını, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılmasını, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, - deyə M.Cabbarov qeyd edib.