logo

Baş prokuror Kamran Əliyev İrana işgüzar səfərə gedib

09:29 30-08-2022 | icon 1190
Baş prokuror Kamran Əliyev İrana işgüzar səfərə gedib

İran İslam Respublikasının baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, səfər çərçivəsində Kamran Əliyevin İran İslam Respublikasının baş prokuroru, hüquq-mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.