logo

Masallıda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

09:09 30-08-2022 | icon 1253
Masallıda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi(FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

 YeniAvropa xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, yanğın nəticəsində təxminən 5 hektar sahədə ağaclıq və kol-kos yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğının söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup kənd sakini iştirak edib.