logo

Gürcüstanda “Noble Partner 2022”  çoxmillətli hərbi təlimlər başlayıb

19:38 29-08-2022 | icon 1939
Gürcüstanda “Noble Partner 2022”  çoxmillətli hərbi təlimlər başlayıb

Gürcüstanda ABŞ-ın da iştirak etdiyi “Noble Partner 2022” çoxmillətli birgə hərbi təlimlər başlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.  

“Təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlıq və uyğunluğu artırmaqdır”, - Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Gürcüstan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya və Polşanın 2400-dən çox hərbçisi iştirak edir.

Təlimlərin açılış mərasimi Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasının ərazisində baş tutub.