logo

Xalq artisti Ənvər Həsənovun səhhəti nəzarətə götürülüb

17:17 29-08-2022 | icon 2912
Xalq artisti Ənvər Həsənovun səhhəti nəzarətə götürülüb

“Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı məsələ Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən nəzarətə götürülüb”.

YeniAvropa xəbər verir ki, bu barədə iqurumun mətbuat katibi Əli Vəliyev məlumat verib.

Onun sözlərinə görə, ittifaqın sədri Şəfiqə Məmmədova aktyoru şəxsən özü ziyarət edib: “Dəyərli aktyorumuz Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Bu gün ittifaqın sədri Şəfiqə Məmmədova onu şəxsən özü ziyarət edib. Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin də qərarı ilə aktyorun səhhəti ittifaqın nəzarətindədir. Bütün lazımi tapşırıqılar verilib. Hazırda xəstəxanadadır. Vəziyyəti stabildir”.

Qeyd edək ki, 72 yaşlı aktyor xəstəxanaya yerləşdirilib.