logo

İrandan Azərbaycana 10 kq narkotika keçirmək istədilər

14:54 29-08-2022 | icon 1218
İrandan Azərbaycana 10 kq narkotika keçirmək istədilər

Avqustun 27-də saat 00:05-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən iki nəfər naməlum şəxs müşahidə edilib.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə tabe olmayaraq hava şəraitinin qaranlıq olması və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İran ərazisinə qaçıblar.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində bir ədəd bağlamanın içərisində ümumi çəkisi 10 kiloqram 635 qram narkotik vasitəyə(marixuana) bənzər maddə aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.