logo

Rusiya Ukraynada 41 mindən çox hərbçisini itirib

11:22 01-08-2022 | icon 3906
Rusiya Ukraynada 41 mindən çox hərbçisini itirib

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 030 hərbçisi məhv edilib”.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 768 tank, 4011 zirehli döyüş maşını, 932 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 190 helikopter, 736 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 912 avtomobil texnikası və avtosistern, 82 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.