logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

10:10 01-08-2022 | icon 504
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gün törədilmiş 92 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 35 nəfər , o cümlədən borclu şəxs qismində axtarılan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən səkkiz yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə doqquz nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.