logo

Paytaxtda "Toyota Prius" yolu keçən piyadanı vurub öldürdü

10:25 29-08-2022 | icon 10360
Paytaxtda "Toyota Prius" yolu keçən piyadanı vurub öldürdü

Bakıda naməlum sürücü avtomobillə piyadanı vuraraq öldürüb.

YeniAvropa xəbər verir ki, hadisə avqustun avqustun 28-nə paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə "Toyota Prius" markalı avtomobili idarə edən müəyyən edilməmiş sürücü 1992-ci il təvəllüdlü Məmmədli Nurəddin Ziyət oğlunu piyada keçidinin üzərində vuraraq hadisə yerindən qaçıb. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.