logo

Rusiya Ukraynada 47 mindən çox hərbçisini itirib-Baş Qərargah

09:59 29-08-2022 | icon 2849
Rusiya Ukraynada 47 mindən çox hərbçisini itirib-Baş Qərargah

“Ukraynada Rusiya ordusunun daha 350 hərbçisi məhv edilib”.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xəbərdə bildirilib ki, bununla da  fevralın 24-dən- işğalçılıq müharibəsinə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 47 100-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 947 tank, 4 269 zirehli döyüş maşını, 1060 artilleriya sistemi, 279 reaktiv yaylım atəşi sistemi, 149 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 203 helikopter, 844 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 188 avtomobil texnikası və avtosistern, 101 xüsusi texnikadan ibarətdir.