logo

Telekommunikasiya nəhəngi "Ericson" da Rusiyadan gedir

09:09 29-08-2022 | icon 1701
Telekommunikasiya nəhəngi "Ericson" da Rusiyadan gedir

Telekommunikasiya avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış İsveçin "Ericson" şirkəti ilin sonunadək Rusiyadakı nümayəndəliyini bağlayacaq və əməkdaşlarını işdən azad edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Xəbərdə bildirilib ki, şirkət Rusiyada fəaliyyətini tədricən dayandırmaq, bununla belə əməkdaşlara maliyyə və sosial dəstək göstərmək niyyətindədir.