logo

Pakistanın xarici işlər nazir Azərbaycana təşəkkür etdi

11:11 28-08-2022 | icon 1484
Pakistanın xarici işlər nazir Azərbaycana təşəkkür etdi

Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto-Zərdari ölkəsində daşqından zərər çəkənlərə yardım elan etdiyinə görə Azərbaycana təşəkkür edib.

 YeniAvropa xəbər verir ki, bu barədə  nazir özünün "Twitter" hesabında məlumat paylaşıb.

"Təşəkkür Azərbaycan", - deyə XİN başçısı paylaşımında qeyd edib.

“Pakistan hazırda tarixinin ən dəhşətli daşqınları ilə üz-üzədir və indiyədək 950-dən çox insan həlak olub. Pakistan yardım üçün beynəlxalq ictimaiyyətə müraciət etdi və bu gün Britaniya və Birləşmiş Ərəb Əmirlikləri yardım elan etdi, lakin indi başqa bir qardaş ölkə Azərbaycan da yardım elan etdi.

Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, Azərbaycan prezidentinin tapşırığına əsasən, hökumət daşqınlardan zərər çəkənlərə 2 milyon ABŞ dolları məbləğində yardım elan edib”, - yerli mətbuatda yayılan xəbərlərdə vurğulanır.