Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının(AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Nazir Ceyhun Bayramov Azərbaycanla Avropa Şurası arasında səmərəli dialoqun mövcud olduğunu vurğulayıb. AŞ ilə əməkdaşlığa dair 2022-2025 illər üzrə fəaliyyət planının vacib istiqamətlərdən biri olduğunu qeyd edib. Bu xüsusda, Azərbaycan ilə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün dialoqun davam etdiyini, bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Zoltan Hernyeş Azərbaycanda son beş il ərzində fəaliyyət göstərdiyi dövrdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın, qarşılıqlı anlaşma və etimad əsasında genişləndiyini bildirib. Bu ilin aprel ayında Avropa Şurası Baş katibinin Azərbaycana səfərinin münasibətlərə müsbət töhfə verdiyini, 2022-2025 illər üzrə fəaliyyət planı çərçivəsində Azərbaycanın ehtiyaclarına uyğun olaraq bir sıra layihələrin icrasına başlanıldığını vurğulayıb. Azərbaycan tərəfindən milli səviyyədə həyata keçirilən hərtərəfli islahatların önəm daşıdığı, Avropa Şurasının bu islahatlara dəstək üçün aidiyyəti qurumlar ilə birgə layihələr icra etdiyini bildirib.
Nazir Ceyhun Bayramov daha sonra, qarşı tərəfi bölgədəki cari vəziyyət, post-münaqişə sonrası Azərbaycanın sülh gündəliyi və həyata keçirilən tədbirlər, regional əməkdaşlıq imkanları, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırıb. Zoltan Hernyeş öz növbəsində, Azərbaycanın bölgədə və beynəlxalq çərçivədə həyata keçirdiyi xarici siyasətin, inteqrasiya proseslərinə töhfəsinin vacib olduğunu bildirib. Avropa Şurasının sülh və barışıq səylərinə dəstək verəcəyinə ümidvar olduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov səfir Hernyeşə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb