logo

"Olimpiakos" qrupda ən güclü komandadır-Antuan Kombuare

17:17 27-08-2022 | icon 3136
"Olimpiakos" qrupda ən güclü komandadır-Antuan Kombuare

"Qrupdakı ən güclü komanda "Olimpiakos"dur".

YeniAvropa xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare mətbuat konfransında deyib.

59 yaşlı fransalı mütəxəssis bəzi futbolçuların qrup mərhələsində İtaliyanın "Roma", İngiltərənin "Arsenal" və "Mançester Yunayted" klubları ilə düşmək istədiyini bildirib: "Çətin qrupda yer almışıq. Çünki biz kiçik barmağıq və avrokuboku yenidən kəşf edəcəyik. Bu turnirdə sonadək mübarizə aparmaq və Fransa futbolunu layiqincə təmsil etmək niyyətindəyik".

Qeyd edək ki, "Qarabağ" G qrupunda "Nant"la yanaşı Yunanıstanın "Olimpiakos" və Almaniyanın "Frayburq" klubları ilə üz-üzə gələcək.