logo

Azərbaycan Pakistana humanitar yardım göndərəcək

16:46 27-08-2022 | icon 1687
Azərbaycan Pakistana humanitar yardım göndərəcək

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.