Zakir Həsənov xidməti müşavirə keçirdi
İyulun 30-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycan Ordusuna yüksək qiymət verildiyini diqqətə çatdıran müdafiə naziri dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlərin Azərbaycan Ordusunun qarşısında qoyulan vacib tapşırıqlar olduğunu bildirib.
Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edən nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.
Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən qoşunlarda yoxlamaların keçiriləcəyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.
General-polkovnik Z.Həsənov yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intevsivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair xüsusi göstərişlər verib.
Müdafiə naziri bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən tamamlanması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması, gənc əsgərlərin qəbulu, müvafiq bölmələrdə yerləşdirilməsi, həmçinin hərbi andiçmə mərasimlərinə hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunması barədə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına riayət olunmasını təhlil edən general-polkovnik Z.Həsənov bu qaydaların şəxsi heyətə mütəmadi olaraq çatdırılması və onlar tərəfindən ciddi əməl olunmasına daim nəzarət edilməsinin vacibliyini xüsusi vurğulayıb.
Müşavirənin sonunda qoşun xidmətinin təşkili, xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.
Səlim Müslümov dövlət vurduğu 13 milyon manatı 7 milyonunu ödəyib
Səfər Mehdiyev yol polisini təhqir etdi
Daha 55 dövlət əmlakı hərraca çıxarılır
Daşkəsəndə çaylardan sel keçib
Rusiyanın nəhəng “Rusaqro” şirkətinin gəlirləri 99% azalıb
Ərdoğan Ermənistana səsləndi
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 369 min nəfərə çatır
Azərbaycanda daha 121 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü
Qənirə Paşayeva TÜRKSOY-un “Şərəf” medalına layiq görülüb
Baş Prokurorluq bir neçə KİV-ə xəbərdarlıq etdi
V İslam Oyunlarında ölkəmizi təmsil edəcək əsas nümayəndə heyəti Konyaya gəlib
İlham Əliyev XI Dünya Oyunlarında qalib gələn idmançıları mükafatlandırıb
Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlakının siyahısı
Türk Dövlətləri Təşkilatının prokurorları Bakıda toplaşıb
Qaradağda iki avtobus toqquşub: Ölən və yaralanan var
Azərbaycan çempionatında 13 mininci qol vurulub
İlham Əliyev paytaxtda yol tikintisinə 5,3 milyon manat ayırdı
Rəsmi Bakı:"Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik"
Sabah Bakıda arabir yağış yağacaq, 32° isti olacaq
Mobil telefonla qatarlara bilet almaq mümkün olacaq
Sosial şəbəkələrdə paylaşımların Ordumuza heç bir aidiyyəti yoxdur-MN
Səfərə çox böyük inamla gedirik-Qurban Qurbanov
Ukraynada Rusiyanın 42 mindən artıq hərbçisi məhv edilib-Baş Qərargah
61 bağçanın müdiri işdən çıxarılıb
Paytaxtda “Audi” yolu keçən piyadaları vurub öldürdü