logo

Fransa və ABŞ səfirləri bu gün nədən Şuşaya getməyib?

14:47 27-08-2022 | icon 1974
Fransa və ABŞ səfirləri bu gün nədən Şuşaya getməyib?

Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər.

YeniAvropa xəbər verir ki, bu sözləri Şuşada jurnalistlərə açıqlamasında prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”,-deyə prezidentin köməkçisi qeyd edib.