logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 858 min nəfərə çatır

18:28 29-07-2022 | icon 2163
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 858 min nəfərə çatır

İyulun 29-da Azərbaycanda yeni növ koronavirus(COVID-19) infeksiyası əleyhinə 1971 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 350, ikinci doza vaksinlərin sayı 139, üç və daha çox doza vaksinlərin sayı 1267, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 215-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 814 min 329, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 366 min 223, ikinci mərhələ üzrə 4 milyon 857 min 606, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 336 min 413, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 254 min 87-dir.