logo

İlham Əliyev Pakistan prezidentinə başsağlığı verib

11:33 27-08-2022 | icon 1407
İlham Əliyev Pakistan prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev avqustun 27-də Pakistan İslam Respublikasının prezidenti Arif Alviyə başsağlığı məktubu ünvanlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 Məktubda deyilir:"Hörmətli cənab prezident,

Ölkənizdə baş vermiş şiddətli yağışlar və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"