logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

11:11 27-08-2022 | icon 1512
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 62 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.