logo

Sabahdan Sabunçu qəsəbəsinin mərkəzi küçəsi 2 günlük bağlanır

15:15 29-07-2022 | icon 854
Sabahdan Sabunçu qəsəbəsinin mərkəzi küçəsi 2 günlük bağlanır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Sabunçu rayonunda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı məlumat yayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,iyulun 30-da saat 08:00-dan iyulun 31-i saat 20:00–dək Sabunçu rayonunun, Sabunçu qəsəbəsi, Asif Əsədullayev və Əslidar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.