logo

Paytaxtın 2 rayonunda 2 gün su olmayacaq

10:10 27-08-2022 | icon 1589
Paytaxtın 2 rayonunda 2 gün su olmayacaq

Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri Tbilisi prospektindən keçən magistral su kəmərlərinin qəzalı hissələri dəyişdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.Qeyd edilib ki, 1960-70-ci illərdə çəkilmiş bu kəmərlər uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşüb. Tbilisi prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən 160 millimetr və 500 millimetr diametrli polad magistral su kəmərləri müvafiq olaraq 160 millimetr və 400 millimetr diametrli polietilen su xətləri ilə əvəz olunur. Yeni çəkilən su kəmərlərindən məhəllədaxili şəbəkələrə birləşmələr verilir. Hazırda ərazidə təmir briqadaları və xüsusi texnika intensiv qaydada işləyir. Bununla əlaqədar avqustun 27-28-də Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.