Mehriban Əliyeva bir sıra açılışlarda iştirak edib
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva avqustun 26-da paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində 334 saylı tam orta məktəbin yeni inşa edilmiş binasının açılışında iştirak edib.
YeniAvropa xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktəbin yeni binasında yaradılan şərait barədə məlumat verib.
Bildirib ki, Binə qəsəbəsindəki Hövsan tərəvəzçilik-südçülük sovxozunun ərazisi əhalinin sıx məskunlaşdığı yerlərdən biridir. Şagirdlər Binə qəsəbəsindəki mövcud təhsil müəssisəsinə qədər 5 kilometrdən çox məsafə qət etməli olurdular. Mövcud vəziyyət nəzərə alınaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən Binə qəsəbəsində 800 yerlik yeni məktəb binası inşa olunub, yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin istifadəsinə verilib.
Məktəbin üçmərtəbəli binasında sinif, laboratoriya, əmək təlimi otaqları, yeni texnologiyalar və robototexnika üzrə kabinet, informatika sinfi, hərbi hazırlıq otağı, məktəbəqədər hazırlıq sinfi, kitabxana, idman və akt zalları, arxiv otaqları, yeməkxana yaradılıb.
Eyni zamanda, açıq havada futbol meydançası salınıb, istirahət köşkləri quraşdırılıb. Məktəbin ərazisi abadlaşdırılıb və yaşıllıq salınıb.
***
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün həmçinin, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 277 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulan binasının açılışında da iştirak edib.
Birinci vitse-prezident körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Körpələr evi-uşaq bağçasının müdiri Aygün Allahverdiyeva məlumat verib ki, 277 saylı körpələr evi-uşaq bağçasının binası 1993-cü ildə inşa edilib. Binada təmir işlərinə ehtiyac yarandığından Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir işləri aparılıb və körpələr evi-uşaq bağçası müasir tələblərə uyğun yenidən qurulub, zəruri mebel, inventar və avadanlıqla təchiz olunub.
Diqqətə çatdırılıb ki, 220 yerlik körpələr evi-uşaq bağçası iki korpusdan ibarətdir. Uşaq bağçasının həyətyanı sahəsi abadlaşdırılıb, burada əyləncə qurğuları quraşdırılıb.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib