logo

Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

17:07 26-08-2022 | icon 3122
Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 542 yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 811 min 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 min 668 nəfər müalicə olunaraq sağalıb, 9 min 796 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 667 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 659, bu günə qədər isə ümumilikdə 7 milyon 138 min 810 test icra olunub.