Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid”(Vyana) komandasına qarşı keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib.
YeniAvropa paytaxt klubuna istinadla xəbər verir ki, bu komandalar arasındakı ilk qarşılaşma avqustun 4-də Bakıda baş tutacaq.
“Bakcell Arena”da keçiriləcək matça saat 21:00-da start veriləcək.
Tərəflər arasındakı cavab görüşü isə bir həftə sonra Vyanada keçiriləcək.