logo

Ukraynadan taxıl dolu ilk gəmi bu gün yola düşəcək

09:09 29-07-2022 | icon 2212
Ukraynadan taxıl dolu ilk gəmi bu gün yola düşəcək

Bu gün-iyulun 29-da, fors-major hadisə baş verməzsə, Ukraynanın Odessa limanından taxıl dolu ilk gəmi yola düşəcək.

YeniAvropa xəbər verir ki, məlumatı Rusiya KİV-ləri yayıb.

Xəbərdə bildirilir ki, Ukraynadan gün ərzində yola salınacaq taxıl dolu ilk gəminin Somaliyə göndəriləcəyi gözlənilir. Yükün 6 həftəyə Somali limanına çatması planlaşdırılır.

Qeyd edək ki, Rusiyanın Ukrayna limanlarını mühasirəyə alması səbəbindən taxıl dolu gəmilərin nəzərdə tutulan istiqamətə göndərilməsi mümkün deyil. Türkiyə ilə BMT-nin Rusiya və Ukrayna arasında danışıqlar nəticəsində mühasirənin götürülməsinə nail olunub. Razılaşmaya əsasən, Rusiya gübrələri də Qara dənizdəki limanlardan təyinatı üzrə göndəriləcək.