logo

Baş Prokurorluq “Avto-Garant” ASC ilə bağlı iddialara münasibət bildirib

17:32 28-07-2022 | icon 616
Baş Prokurorluq “Avto-Garant” ASC ilə bağlı iddialara münasibət bildirib

Baş Prokurorluq “Avto-Garant” ASC ilə bağlı iddialara münasibət bildirib.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

"Bəzi sosial şəbəkə və media səhifələrində “Avto-Garant” ASC-nin təsisçisi Nazim Bəydəmirli və ASC-nin idarə heyətinin sədri Elmar Musayevin 2014-cü ildə “Avto-Garant” ASC-nin mülkiyyətçisi Ədalət Bağırov və qeyriləri tərəfindən E.Musayevin qanunsuz olaraq vəzifədən kənarlaşdırılması, 20 min manata yaxın pul vəsaitinin dövlət büdcəsindən yayındırılması, o cümlədən 1 milyon manatdan çox pul vəsaitinin xəzinəyə mədaxil edilməməsi barədə müraciətləri üzrə Xətai rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması, qərəzli qərar qəbul edilməsi ilə bağlı ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən məlumatlar yayılıb.

Bununla əlaqədar bildiririk ki, Nazim Bəydəmirli və Elmar Musayevin birgə müraciətləri üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılmaqla qeyd edilən pul vəsaitlərinin dövlət büdcəsindən yayındırılması və xəzinəyə mədaxil edilməməsi faktları öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərər qəbul edilmiş, eyni zamanda müraciətdə yer almış mülki xaraxterli mübahisələrlə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilib.

Baş Prokurorluq  bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmamasını xahiş edir",-deyə məlumatda bildirilib.