logo

Türkiyə növbəti dəfə İsveç və Finlandiyaya xəbərdarlıq etdi

15:55 28-07-2022 | icon 1463
Türkiyə növbəti dəfə İsveç və Finlandiyaya xəbərdarlıq etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib.

YeniAvropa “CNN Türk”ə istinadla xəbər verir ki, o, bu barədə latviyalı həmkarı Artis Pabrikslə görüşündə bildirib.

“Madriddə imzalanan anlaşma memorandumu hələ son deyil. Əksinə, bu hələ başlanğıcdır. Qarşı tərəflərdən razılaşmalara əməl etmələrini gözləyirik”, - nazirsözlərinə əlavə edib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın şərtlərə uyğun olaraq terrorçuları qaytarmayacağı təqdirdə onların NATO-ya üzvlüyünə veto qoyula biləcəyini söyləyib.