logo

"Qarabağ"-"Ferentsvaroş" matçının vaxtı bəlli oldu

14:54 28-07-2022 | icon 1183
"Qarabağ"-"Ferentsvaroş" matçının vaxtı bəlli oldu

"Qarabağ"ın Macarıstan  çempionu "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununun vaxtı açıqlanıb.

 YeniAvropa  UEFA-nın saytına istinadla xəbər verir ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 22:00-da başlayacaq.

Budapeştdəki cavab görüşünə isə avqustun 9-da saat 22:00-da start veriləcək.