logo

Bu gün UEFA Konfrans Liqasında püşkatma keçiriləcək

10:10 26-08-2022 | icon 2989
Bu gün UEFA Konfrans Liqasında püşkatma keçiriləcək

UEFA Konfrans Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

YeniAvropa xəbər verir ki,  pley-off mərhələsinin cavab oyunlarından sonra qrupda oynayacaq daha 21 komanda bəlli olub: "Vilyarreal" (İspaniya), "Bazel" (İsveçrə), "Slaviya" (Praqa, Çexiya), "AZ Alkmaar" (Niderland), "Gent", (Belçika), "Partizan" (Serbiya), "Vest Hem" (İngiltərə), ÇFR, "Styaua" (hər ikisi Rumıniya), "Molde" (Norveç), "Fiorentina" (İtaliya), "Köln" (Almaniya), "Hapoel" (Ber-Şeva, İsrail), "Apollon" (Limassol, Kipr), "Nitsa" (Fransa), "Anderlext" (Belçika) "Jalgiris" (Litva), "Austriya" (Vyana, Avstriya), "Harts" (Şotlandiya), "Şemrok Rovers" (İrlandiya), "Sivasspor", "Başakşehir" (hər ikisi Türkiyə), "Dnepr-1" (Ukrayna), "Lex" (Polşa) "Slovaçko" (Çexiya), "Silkeborq" (Danimarka), "Yurqorden" (İsveç), "Pünik" (Ermənistan), "Balkani" (Kosovo), "Slovan" (Bratislava, Slovakiya), RFŞ (Latviya), "Vaduts" (Lixtenşteyn).

Qeyd edək ki, qrup mərhələsinin püşkatması bu gün olacaq.