logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb

09:58 26-08-2022 | icon 1183
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 76 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 66 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.