logo

Gürcüstan-Azərbaycan sərhədində 2i dəfə zəlzələ olub

12:32 28-07-2022 | icon 658
Gürcüstan-Azərbaycan sərhədində 2i dəfə zəlzələ olub

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında, Laqodexi rayonu ərazisində iki dəfə zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutunun Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, birinci zəlzələ iyulun 28-də Tbilisi vaxtı ilə saat 03:48-də Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Laqodexi rayonu ərazisində 4,3 bal gücündə olub. İkinci zəlzələ də həmin ərazidən bir qədər aralı, sərhədə daha yaxın ərazidə maqnitudası 4 bal gücündə qeydə alınıb.