logo

Vladimir Putin Mehriban Əliyevanın ad gününü təbrik etdi

20:00 25-08-2022 | icon 2660
Vladimir Putin Mehriban Əliyevanın ad gününü təbrik etdi

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir ki, məktubda deyilir:

"Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz dövlətlərimiz arasında bu il müttəfiqliyin yeni səviyyəsinə çıxan münasibətlərin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Əminəm ki, bir çox istiqamətlər üzrə ikitərəfli konstruktiv əlaqələr, xalqlarımızın dostluğu bundan sonra da möhkəmlənəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və uğurlar arzulayıram. Səmimi salamlarımı İlham Heydər oğluna və bütün ailənizə çatdırmağınızı xahiş edirəm".