logo

Ərdoğan İslamiadanın açılışını edəcək

17:17 27-07-2022 | icon 1526
Ərdoğan İslamiadanın açılışını edəcək

Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarının açılışını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə hakim AKP partiyası sədrinin köməkçisi və Konyadan olan millət vəkili Leyla Şahin Usta məlumat verib.

Qeyd edək ki, 54 ölkənin iştirak edəcəyi yarışın açılış mərasimi avqustun 9-da baş tutacaq.

Xatırladaq ki, I İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Yarışların ikinci dəfə 2009-cu ilin oktyabr ayında İranda keçirilməyi nəzərdə tutulsa da, sonradan təxirə salındı, daha sonra isə ləğv olundu.III İslam Həmrəyliyi Oyunları 2013-cü il İndoneziyada keçirilib. IV İslam Həmrəyliyi Oyunlarıına 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhəri ev sahibliyi edib. Ötən il Türkiyədə keçirilməsi planlaşdırılan V İslam Həmrəyliyi Oyunları pandemiya səbəbindən bir il təxirə salındı.